Rusiya elitasında parçalanma dərinləşir – “Bloomberg” putinizmin çöküşündən yazır…

Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin iki ayı tamam olmaq üzrədir, amma aydındır ki, o, plan üzrə getmir. Misli görünməyən sanksiyaların, Rusiyanın açıq müzakirə edilməyən itkiləri, habelə Rusiya ordusunun ümumi səriştəsizliyi fonunda Rusiya elitasının getdikcə daha çox nümayəndəsi prezident Putinin qərarlarının dürüstlüyünə şübhə ilə yanaşmağa başlayıb, hərçənd, bu barədə açıq danışmağa risk etmirlər.

Sozcu.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri yazıb.

Getdikcə daha çox məmur hərbi müdaxiləni dəhşətli dərəcədə yanlış qərar adlandırır və ölkəni bir çox illər geriyə atacağı qənaətindədir. Lakin hələlik bu adamlar Putinin öz yolunu dəyişəcəyinə inanmır və ona qarşı ölkə daxilində meydan oxunması perspektivini görmür.

Şübhəsiz, Putin müharibəsinin dəstəklənməsi Rusiya elitası arasında dərindir, bir çoxları Qərblə münaqişənin qaçılmaz olduğunu, ölkə iqtisadiyyatının ABŞ və müttəfiqləri tərəfindən tətbiq edilən genişmiqyaslı sanksiyalara uyğunlaşacağı barədə Kremlin versiyalarını dəstəkləyir.

Hərbi senzura və rublun dəyərdən düşməsinin qarşısının alınması üzrə misli görünməyən səylər şəraitində ictimai dəstək də çox güclüdür.

Bununla yanaşı, get- gedə daha çox insayder əmin olmağa başlayır ki, Rusiyanın hərbi müdaxiləsi ölkənin illərlə təcrid edilməsinə və gərginliyin artmasına düçar edir, nəticədə iqtisadiyyat dağılacaq, qlobal təsir isə yox olacaq. Bir neçə biznez- maqnat bəyanat verərək, Kremlin strategiyasını şübhə altına alır, lakin bir çox təsir gücünə malik oyunçular yadfikirliliyin güclənən təqibindən çəkinərək, öz fikirlərini açıq ifadə etməkdən vaz keçirlər.
Yüksək vəzifəli məmurlar Putinə müharibənin ağır nəticələri barədə izah etməsinə rəğmən, Kreml rəhbəri Qərbin ona başqa seçim qoymadığını təkrar etməkdədir.

Ukraynaya hərbi müdaxilə yalnız Putin və bir- iki quzğunlar, o cümlədən müdafiə naziri Şoyqu, Baş Qərargah rəisi Gerasimov və Rusiya Təhlükəsizlik Şurasının katibi Patruşev tərəfindən qəbul edlib.

Bu müdaxiləyə qarşı açıq etiraz edən yüksək vəzifəli məmurları da barmaqla saymaq olar.
Anatoli Çubays ölkəni tərk edib, amma səbəbini açıq söyləməyib.
“Skolkovo” fondunun rəhbəri Arkadi Dvorkoviç müharibəni “mütləq şər” adlandırıb və postunu tərk edib.
“Yandeks”in baş direktoru Yelena Bunina öz əməkdaşlarına öz qonşuları ilə döyüşən ölkədə yaşaya bilməyəcəyini yazaraq Rusiyadan gedib.

Yaxtaları, daşınmaz əmlakı və başqa aktivləri müsadirə edilən biznes- maqnatlar müharibəni pisləyib amma Putinin adını çəkməyib.
Metallurgiya maqnatı Oleq Deripaska müharibəni “ağılsızlıq” adlandırıb, döyüş əməliyyatlarının hələ bir neçə il davam edəcəyi barədə xəbərdarlıq edib.
“Aeroflot” şirkəti baş direktorunun müavini Andrey Panov daha cəsarətlə çıxış edib. “Finansial Times” nəşrində Moskvanın Ukraynaya qarşı təcavüzünü pisləyib və Rusiya biznesinə hərbi səyləri sabotaj etməyə çağırış edib.
Rusiyanın “Tinkoff Bank”ın təsisçisi Oleq Tunkov Moskvanın Ukraynada törətdiklərini qətliam adlandırıb, silahlı qüvvələrinin ünvanına aşağılayıcı ifadələr işlədib. O, bir neçə ildir ki, Londonda yaşayır.

Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiulina istefa vermək istəyib, amma prezident bunu qəbul etməyib, ölkədə qalıb iqtisadi problemlərin həllində yardımçı olmağı məsləhət görüb.

Solovyovun “Moskva” kreyseri ilə bağlı çıxışı da diqqəti çəkib. O, əvvəlkitək Putini müdafiə edir və müharibəni dəstəkləyir.

Rusiya xüsusi xidmət orqanları üzrə ekspert Andrey Soldatovun sözlərinə görə, hətta Federal Təhlükəsizlik Xidməti daxilində də uğursuz hərbi müdaxilədən məyusluq artıb.

Amma Kreml elitasının digər hissəsi- müharibə partiyası prezident ətrafında sıx birləşib.
Kremlin mətbuat katibi Peskov Amerika telekanalına Rusiyanın Ukraynada “xeyli itkiləri” olduğunu etiraf etməsi, həm də Moskvanın danışıqlara hazır olması barədə bəyanatı quzğunların qəzəbinə səbəb olub. Kadırov onu az vətənpərvər olmaqda suçlayıb, “Vahid Rusiya” partiyası siyasi şurasının katibi Turçak isə onu “ağıllanmaq üçün döyüşçülərimizə göstərməyi” təklif edib…

Aleksandra Appelberq, “Detaly”

Facebook Comments