Bakıda yeniyetməyə iki bıçaq zərbəsi vurulub

Bakının Suraxanı rayonunda küçədə 16 yaşlı şəxs bıçaqlanıb.

Sozcu.az xəbər verir ki, hadisə Hövsan qəsəbəsində baş verib.

Küçədə 2006-ci il Mustafayev Hüseyn Pərviz oğlu tanışı ilə əlbəyaxa dava edib. Dava zamanı ona döş qəfəsinə və qarın boşluğuna bıçaq xəsarətləri yetirilib. Yaralı 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. Hazırda cərrahi əməliyat aparılır. Pasientin vəziyyəti ağır qiymətləndirilir.

Fakt araşdırılır.

Facebook Comments