Zelenski Almaniya və Macarıstanı Rusiya ilə enerji embarqosuna mane olmaqda ittiham edib

Rusiya bu il bu satışdan 250 milyard funt-sterlinqə (326 milyard dollar) qədər gəlir əldə edə bilər.

Ukrayna prezidenti Vladimir Zelenski Almaniya və Macarıstanı enerji satışına embarqo cəhdlərinə mane olmaqda ittiham edib.

Bu barədə dövlət başçısı BBC-yə müsahibəsində bildirib.

Qeyd olunur ki, enerji satışına embarqo tətbiq edilməsə, Rusiya bu il 250 milyard funt-sterlinqə (326 milyard dollar) qədər vəsait əldə edə bilər.
“Bəzi dostlarımız və tərəfdaşlarımız başa düşürlər ki, indi fərqli zamandır, artıq iş və pul məsələsi deyil… yaşamaq məsələsidir”, – prezident deyib.

O, bir daha digər ölkələri Ukraynaya daha çox silah verməyə çağırıb və deyib ki, Ukrayna Rusiyanın hücumunu dəf edəcək qədər tez əldə etmir.

“ABŞ, Britaniya, bəzi Avropa ölkələri – onlar kömək etməyə çalışırlar və kömək edirlər. Amma bizim buna daha sürətli, daha sürətli və daha sürətli ehtiyacımız var. Əsas söz “indi”dir”, – Zelenski bildirib.

Facebook Comments