“Hücumçumuz yoxdur, qol vurmalıyıq” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 24-cü turunda “Brentford”a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra komandasının futbolçuları haqda danışıb.

Sozcu.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, sözügedən görüşdə fərqlənən Riyad Mahrez və Kevin de Brüyne ilə yanaşı, digər oyunçularının da qol vura biləcəyini vurğulayıb: “Kevin, Mahrez, Bernardo, Rəhim və Qundo çox qol vurur. Amma daha çox oyunçumuz fərqlənə bilər. Bizim hücumçumuz yoxdur və qol vurmalıyıq. Vaxtında cərimə meydançasında olmağı və qol vurmağı bilən kifayət qədər futbolçumuz var”.

Qeyd edək ki, “Mançester Siti” Premyer Liqada 60 xalla 1-ci pillədə qərarlaşıb.

Facebook Comments