Qəbələdə yol kənarında kişi meyiti tapıldı

Qəbələ rayonunda kişi meyiti aşkarlanıb.

Sozcu.az-ın Report-a istinadən məlumatına görə, bu gün səhər saatlarında Mıxlıqovaq kəndi ərazisində, yol kənarında kişi meyiti tapılıb.

Müayinə zamanı məlum olub ki, meyiti tapılan şəxs rayonun Mirzəbəyli kənd sakini 1966-cı il təvəllüdlü Mübariz Əlövsət oğlu Kərimovdur.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Facebook Comments