Kəlbəcərə icazəsiz keçmək istəyən koronavirus xəstəsi saxlanıldı

Kəlbəcər rayonuna icazəsiz keçmək istəyən koronavirus xəstəsi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Gəncə regional qrupundan verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları komendant postunda xidmət aparan zamanı müvafiq icazəsi olmadan Kəlbəcər rayonuna getmək istəyən şəxsi saxlayıb.

Araşdırmalar zamanı Qazax rayon sakini Yaşar Allahquliyevin eyni zamanda COVİD-19 infeksiyasına yoluxduğu üçün ev şəraitində müalicə olunmalı olduğu halda yaşayış yerini tərk etmsi də müəyyən edilib. RPŞ əməkdaşları müəyyən edilmiş tibbi prosedurlar gözləməklə onu yaşadığı ünvana geri qaytarıb, faktla bağlı RPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində də koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Şəfəq kənd sakini Fərid Sərdarlının ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi müəyyən edilib. Polis əməkdaşları dərhal onun rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Facebook Comments