Əcəbşerdə 21 Azər hərəkatının 76-cı ildönümü ilə bağlı aksiya keçirilib

Şərqi Azərbaycan əyalətinin Əcəbşer şəhərinin milli-mədəni fəalları 21 Azər hərəkatının 76-cı ildönümü ilə bağlı aksiya keçiriblər.

Fəallar Azərbaycan Milli Hökumətinin başçısı Mir Cəfər Pişəvərinin fotosu qarşısında şamlar yandırıb, onun, Xalq Fədai Qoşunlarının şəhid əsgərlərinin və mərkəzi hökumət ordusu tərəfindən qətlə yetirilən minlərlə soydaşımızın xatirəsini yad ediblər.

Bundan öncə son iki gün ərazində Milli Hökumətin (21 Azər Hərəkatı) qurulmasının 76-cı ildönümü münasibətilə Güney Azərbaycanın əksər şəhərlərində aksiyalar keçirilib.

Facebook Comments