Zelenski SOCAR-dan şaurma alıb, selfi çəkdirdi – Foto

Ukrayna Prezidenti Vladimir Zelenski SOCAR-ın ərazisində yerləşən kafedən şaurma alıb və selfi çəkdirərək İnstaqram hesabında paylaşıb.

Sozcu.az xəbər verir ki, dövlət başçısı siyasətçilərə də bu təamdan dadmağı məsləhət görüb:

“Gərgin qrafikin olduqda, şaurma həll yolu ola bilər. Gördüyünüz kimi burada qorxulu, uyğunsuz, hətta utanverici heç nə yoxdur”.

Prezidentin fikrincə, bu, insanlarla yaxın olmağa yardım edir:

“Və həmçinin, insanlardan ayrı düşməməyə kömək edir. Hakimiyyətdə olanlar üçün faydalıdır. Məsləhət görürəm!”, – Zelenski qeyd edib.(Axar.az)

Facebook Comments