ADR Partiyası İdarə Heyətinin İlk toplantısı keçirili

ADR Partiyası İdarə Heyətinin yeni formalaşmış tərkiblə İlk toplantısı keçirilib.
İdarə Heyəti Tofiq Yaqublunun vəhşicəsinə döyülməsinə görə hakimiyyəti şiddətlə qınayıb, cinayətkarların həbs olunmasını tələb edib.

İdarə Heyəti üzvləri toplantıya başlamamızdan öncə noyabrın 30-da Qaraheybətdə baş verən vertolyot faciəsində şəhid olanların xatirəsinə sayğı olaraq 1 dəqiqəlik sükutla onları ehtiramla yad ediblər.

Sonra görülmüş işlərə dair məlumatlar dinlənilib. Bu məsələ çərçivəsində noyabrın 28-də keçirilmiş Ali Məclisin 1-ci sessiyasının nəticələri dəyərləndilib.

Toplantıdan ölkədə ictimai-siyasi vəziyyət və sosial iqtisadi durum geniş müzakirə olunub. Bu barədə partiyanın sədri Qubad İbadoğlu çıxış edib. Müzakirələrdə günahsız olaarq həbsdə saxlanıldığına görə artıq 27-ci gündür ki, aclıq edən Saleh Rüstəmliyə və bütün siyasi məhbuslara azadlıq tələb edilib. Bununla əlaqədar olaraq dekabrın 1-də Bakıda keçirilən etiraz aksiyasına polisin kobud müdaxiləsi və zoarkılıqla aksiyanın dağıdılması pislənilib. Aksiyada iştirak edən etirazçıların döyülməsi, və polis maşınlarına doldurularaq naməlum istiqamətə aparılıb buraxılması qınalınıb.

Bundan əlavə, Qaraheybətdə baş verən vertolyot faciəsinin dərindən araşdırılıb, xalqın doğru, dürüst olanlarla bağlı məlumatlandırılması üçün əlaqədar orqanlara çağırış edilib.
Sonra ADR Partiyasının qarşısında duran vəzifələr müzakirə olunub. Partiyanın idarəetmə strukturlarının başa çatdırılması və 2022-ci il üçün Fəaliyyət Planının qəbul edilməsi üçün Ali Məclisin dekabr ayının sonunda 2-ci sessiyasının keçirilməsi qərara alınıb.
Sonda cari məsələlərə baxılıb.

Facebook Comments