Vatikan lideri qondarma “erməni soyqırımı” haqda film çəkən erməniyə medal verdi…

Papa guya Azərbaycanı da çox sevir…

Amerikalı erməni mənşəli həkim, Türkiyədə qondarma “erməni soyqırımı”ndan bəhs edən “Vəd” Hollivud filminin prodüseri Erik İsraelyan Roma Papası Fransisk tərəfindən “Benemerenti” medalı ilə təltif edilib.

Sozcu.az xəbər verir ki, “ArmenianReport”un yazdığına görə, bu barədə Ümum-erməni Xeyriyyə Birliyinin (“AGBU”) mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Vatikan lideri mükafatı E.İsrailyana humanitar fəaliyyətinə və xristian dininə xidmətinə görə verib. O, “Benemerenti” medalına layiq görülən ilk ermənidir.

P.S. Papa guya Azərbaycanı da çox sevir…moderator

Facebook Comments