Polşa prezidenti: Belarusdan hücum olsa…

Belarusla sərhəddə miqrasiya böhranı səbəbindən hər hansı hərbi təhlükə görmürük.

Sozcu.az xəbər verir ki, bu barədə Polşa Prezidenti Andjey Duda deyib.

“Əlbəttə ki, biz NATO rəhbəri və müttəfiqlərlə 4-cü maddədən istifadə imkanlarına diqqət edirik. Lakin hüququmuzdan situasiyanın tələb etdiyi halda istifadə edəcəyik. Hazırda mövcud durum bunu tələb etmir. Hər hansı hərbi təhlükə, qonşu ölkədən hücum yoxdur”, – deyə Duda bildirib.

Qeyd edək ki, NATO nizamnaməsinin 4-cü maddəsinə əsasən üzv dövlətlərdən birinə xaricdən hər hansı təhlükə yarandığı təqdirdə həmin ölkə NATO-dan yardım istəmək hüququna sahibdir.

Facebook Comments