Şəhid atası oğlunun nəşinin tapılması üçün dövlətə müraciət etdi

Şəmkir rayon Qapanlı kənd sakini Səmədov Məzahir Yunis oğlunun övladı Zaur Səmədov 1994-cü ildə Kəlbəcər rayonu Susuzluq kəndi istiqamətində döyüşlərdə itkin düşüb.

Məzahir Səmədov oğlunun döyüş yoldaşlarından əldə etdiyi məlumatlara əsasən, oğlunun 1994-cü ildə Susuzluq kəndi ərazisində bir evin arxa hissəsində dəfn olduğu haqqında məlumatlara malik olduğunu deyir.

Məzahir Səmədov aidiyyatı dövlət orqanlarından oğlunun nəşinin tapılmasına yardımçı olmağı və həmçinin nəşinin doğulduğu Qapanlı kəndinə gətirilərək dəfn edilməsini xahiş edir.

Ceyhun Nəbi

Facebook Comments