Separatçıların QƏNİMİ: “Bayraktar” Donbasda da vuracaq

Azərbaycanın II Qarabağ Müharibəsində Ermənistan üzərində qazandığı effektiv qələbə separatizmdən əziyyət çəkən ölkələr üçün böyük ruh yüksəkliyi yaradıb. Həmin ölkələr arasında Ukrayna xüsusən diqqət çəkir.

Belə ki, Qarabağ müharibəsinin gedişatını çox böyük diqqətlə izləyən rəsmi Kiyev Azərbaycan Ordusunun arsenalındakı “Bayraktar” pilotsuz uçuş aparatlarının effektiv tətbiqindən çox razı qalıblar. Təsadüfi deyil ki, rəsmi Kiyev bu PUA-ların istehsalçısı Türkiyə ilə 24 “Bayraktar”ın alınması barədə razılıq əldə edib.

“Bu aparatlar Rusiya-Ukrayna cəbhəsində oyunun qaydalarını tam dəyişə bilər. Qarabağda qələbənin qazanılmasını təmin edən “Bayraktar”lar aetıq Ukraynada, Birləşmiş Qüvvələr Əməliyyatı zonasında xidmət aparır. Praktik tapşırıqlar yerinə yetirilir”-, deyə hərbi ekspert Andrey Tsaplienko söyləmişdi.

Modern.az xəbər verir ki, ekspertin sözləri Rusiya ekspert dairəsində tənqidlə qarşılansa da, doğurdanda, separatçı “Donetsk və Luqansk xalq respublika”ları “Bayraktar”a qarşı effektiv Hava Hücumundan Müdafiə Sisteminə malik deyil.

Separatçı qurumların malik olduğu “Strela-10MZ” və OsaAKM” zenit-raket kompleksləri Sovet hərbi sənayesinin məhsullarıdır. Onlar 3500-5000 metr hündürlükdə hədəfi məhv etmək qabiliyyətinə malikdir. Halbuki, “Bayraktar TB2” kəşfiyyat-zərbə dronları 6500-7500 metr hündürlükdə uçurlar.

Beləliklə, Ukrayna Donbasdakı separatçılara qarşı asanlıqla bu pilotsuz uçuş aparatını tətbiq edə bilər. Qarabağ Müharibəsində analoji zenit-raket komplekslərinə malik işğalçı erməni ordusu da “Bayraktar”lara qarşı heç bir müqavimət göstərə bilməmişdi.

Paralel olaraq, “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının radioelektron mübarizə sistemlərinə qarşı müdafiəsi yüksək səviyyədədir.

Türk dronlarını ölümcül edən daha bir önəmli detal onların 70 və 160 mm-lik MAM-C, MAM-L idarəolunan mərmilər və 10 kiloqramlıq qəlpə-fuqas tipli bombalarla təchiz olunmasındadır. 6 kilometr hündürlükdən dron həmin mərmiləri 1,5 metrə qədər dəqiqliklə vura bilir.

Bunun sayəsində, ötən il Qarabağ döyüşlərində olduğu kimi Donbasdakı separatçıların da zirehli texnikası, artilleriyası və raket sistemləri Ukrayna Ordusu qarşısında aciz duruma düşəcək.

Təsadüfi deyil ki, bu səbəblərdən Moskva dəstək verdiyi separatçı qüvvələri “Tor-M2U”, “Buk-M3”, “Pantsir-S1” zenit raket kompleksləri ilə təchiz etməyə hazırlaşır. Rəsmi Moskva öz torplaqlarını işğaldan azad etməyə qərar verərsə, “Bayraktar”lara qarşı bu sistemləri işə salmağı düşünür.

Facebook Comments