“İranın Azərbaycana bağlı siyasəti İsrailə və ya hər hansı üçüncü dövlətə qarşı deyil, dövlətimizə və xalqımıza qarşı yönəlib”

“Azərbaycanda, həmçinin İranla sərhəd bölgələrimizdə İsrailə aid hər hansı silahlı və ya digər qüvvələrin olmadığına İran hakimiyyətini inandırmağa çalışmaq sadəcə əbləhlikdir. Çünki, İran rejimi bunu bizdən də yaxşı bilir. Ərazimizdə onların təbirincə desək, hansısa “sionist qüvvələrin”, mifik terrorçu dəstələrin mövcudluğu barədə əfsanələr dövlətimizə və xalqımıza qarşı düşmənçilik siyasətini pərdələmək məqsədi ilə uydurulur”.

Sozcu.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.

A.Hacılı qeyd edib ki, İran dövləti türkü-türkə, müsəlmanı-müsəlmana qarşı qoymaq üçün belə metodlardan dəfələrlə istifadə edib: “Bu da növbəti cəhddir. O taylı bu taylı hər bir soydaşımız, müsəlman qardaş və bacılarımız bilməlidir ki, İran rejiminin Azərbaycana bağlı son siyasəti İsrailə və ya hər hansı üçüncü dövlətə qarşı deyil, dövlətimizə və xalqımıza qarşı yönəlib. Bu fitnəkar siyasətin iflası bu böhrandan qələbə ilə çıxmağımız ayıq-sayıqlığımızdan, Azərbaycana qarşı düşmən siyasəti yürüdənlərə qarşı dirənişimizdən asılı olacaq”.

Facebook Comments