“Gəlin, Ermənistana yardım göstərək…” – Səməd Seyidov

AŞPA Ermənistanı sülhə çağırmalıdır.

Sozcu.az xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun bu gün işə başlayan payız sessiyasının iclası zamanı “Ermənistan və Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri” adlı qətnamə layihəsinin müzakirəsi zamanı bildirib.

“Azərbaycan torpaqları 30 il idi işğal olunmuşdu. Artıq Azərbaycan torpaqlarını işğaldan azad etməyə nail olub. Lakin təəssüflər olsun ki, Ermənistanda bu gün iki xalq arasında sülhün bərpa olunmasına mane olmağa, yeni müharibəyə can atanlar var. Azərbaycan müharibədən qorxmur. Lakin Azərbaycan sülhə çalışır, vəziyyəti sülh yolu ilə yoluna qoymağa çalışır. Gəlin, Ermənistana daxildəki çətin vəziyyəti həll etməyə yardım göstərək və onu sülhə səsləyək”, – S.Seyidov qeyd edib./Moderator.az

Facebook Comments