Putinin saxta səsverməsi

Xəqani Cəfərli, politoloq

Rusiyanın yeganə müstəqil qəzeti olan “Novaya Qazeta”nın siyasət şöbəsinin redaktoru Kirill Martınov Dövlət Dumasına keçirilən seçkini “Dəhşətli seçki” adlandırıb. Həqiqətən də 17-19 sentyabr tarixində keçirilən seçkini başqa cürə adlandırmaq mümkün deyil. Əgər prezident Vladimir Putinin onlayn səsverməsi saxtadırsa, seçki saxtalarlığını sübut edəcək əlavə dəlillərə ehtiyac yoxdur.

Prezident Vladimir Putinin onlayın səsverməsini əks etdirən fotoların üzə çıxardığı saxtakarlığının miqyası isə Rusiyada seçkinin məzhəkəyə çevrildiyini göstərir. Belə ki, rəsmi yayılan məlumatlarda Putinin 17 sentyabrda səsverdiyi göstərilsə də, prezidentin qolundakı saat ayın tarixi olaraq 10-nu göstərir. Digər tərəfdən səsvermə anında prezidendin qolundakı saatda 15:24 olduğu halda, səsverdikdən sonra kameralara verdiyi pozada saat 15:20-ni göstərir. Aydın görünür ki, saxta onlayn səsvermə məzhəkəsi səsvermənin rəsmən başladığı 17 sentyabrdan bir həftə əvvəl, ayın 10-da çəkilib. Mediaya servis edilən foto və videolarda isə prezidentin qolundakı saatı nəzərə almayıblar. Bu isə saxtakarlığın miqyasını üzə çıxarmağa səbəb olub.

Putinin sözçüsü Dmitri Peskov prezidentin qolundakı saatda tarixin səsvermə tarixi ilə üst-üstə düşməməsini saatda ayın tarixinin dəqiq qurulmaması ilə izah edib. “Putin saatdakı təqvimə baxmır”. Bu qədər saxtakarlığı hazırkı dövrdə hətta Afrika ölkələrində müşahidə etmək mümkün deyil. Rusiyada seçki adlı məzhəkə rus xalqının düşdüyü aınacaqlı vəziyyətin miqyasını və avtoritarizmin eybəcərliyini aydın göstərir.

Facebook Comments