İbrahimoviç bu oyunu buraxacaq

“Milan”ın futbolçusu Zlatan İbrahimoviç A seriyasının 4-cü turunda “Yuventus”la oyunu buraxacaq.

Sozcu.az xəbər verir ki, bu barədə “SportMediaset” məlumat yayıb. 39 yaşlı hücumçu ötən tur “Latsio” ilə görüşdə (2:0) əzələsindən zədə aldığı üçün hazırda fərdi formada məşq edir. Onun Turin təmsilçisi ilə oyunu buraxacağı bildirilib.

Qeyd edək ki, İbrahimoviç “Latsio” ilə matçda fərqlənməyi də bacarıb. Bununla da o, karyerasında ardıcıl 24-cü mövsümündə qol vurmuş olub.

Facebook Comments