Nazir: “Azərbaycanın bu il TDƏŞ ölkələri ilə ticarət dövriyyəsinin həcmi 2,6 mlrd. dollar olub”

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv olan ölkələr və Macarıstanla olan ticarət dövriyyəsinin həcmi 2,6 mlrd. dollar olub.

Sozcu.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən TDƏŞ-in iqtisadiyyat nazirlərinin 10-cu görüşündə çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu, Azərbaycanın xarici ticarət dövriyyəsindəki payının 15%-ni təşkil edib.

“Bununla yanaşı, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2021-ci ilin yanvar-iyul aylarında TDƏŞ ölkələri və Macarıstana qeyri-neft ixracı 75% artıb”, – deyə nazir qeyd edib.

Facebook Comments