Təbrizdə türk dili və ədəbiyyatı məzunlarının buraxılış mərasimi keçirilib

Təbriz Universitetində bir qrup türk dili və ədəbiyyatı öyrəncisinin buraxılış mərasimi keçirilib.

Bu barədə Təbrizin “azərancümən” saytı xəbər yayıb.

Məlumata görə, avqustun 31-də keçirilən mərasimdə Təbriz Universitetinin dil və ədəbiyyat fakültəsinin dekanı doktor Mehdi Əfxəminiya və Universitetin başqa məsul şəxslərinin iştirak edib.

21 məzun 2016, 2017 və 2018-ci illərdə türk dili və ədəbiyyatını oxumaq üçün universitetə daxil olan öyrəncilərdilər.

Qeyd edək ki, Azərbaycan türk dili və ədəbiyyatı fənni, 2016-cı ildə Təbriz Universitetinin qurulmasından yetmiş il sonra, xalqın və akademik dairələrin çoxsaylı müraciətləri sayəsində yenidən qurulub.

Bu layihə türk dilində təhsil almaq istəyənlər tərəfindən rəğbətlə qarşılanıb.

Bu, türk dili və ədəbiyyatı fənninin bakalavr, magistr və doktorantura dərəcələri səviyyəsində ölkənin türklər yaşayan və başqa bölgələrində də tədris olunmasının zəruriliyini olduğunu göstərir.

Bütün məhdudiyyətlərə, şovnist dairələrin türk dilinə qarşı əks təbliğatına rəğmən Təbriz Universitetində bu fənnə maraq göstərən öyrəncilər çoxalmaqdadır.

Facebook Comments