Köç karvanı Kəlbəcərə çatdı - Açarlar paylandı

Bu gün Kəlbəcər şəhərinə köçürülən sakinlərə mənzillərin açarları təqdim olunub. Sozcu.az xəbər verir ki, Kəlbəcər şəhərinə köçürülən 27 ailəyə (112 nəfər) mənzillərin açarlarının təqdim edilməsi mərasimində Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Kəlbəcər şəhərində daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzillər verilib.

Qarabağa qayıdan köçkünlərə ikiqat “çörəkpulu” verilir? - Rəsmi cavab

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi azad olunmuş ərazilərə qayıdan məcburi köçkünlərə ikiqat "çörəkpulu" verilməsi barədə xəbərlərə münasibət bildirib. Sozcu.az-ın məlumatına görə, Dövlət Komitəsinin mətbuat xidmətindən verilən açıqlamada deyilir ki, keçmiş məcburi köçkünlərə ödənilən vahid aylıq müavinətin məbləği fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan və olmayan sıx müvəqqəti məskunlaşma yerlərindən asılı olaraq 33, yaxud 60 manat təşkil edir. "Fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda faktiki yaşayan məcburi köçkünlərin istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqlar müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilir. Bu halda keçmiş məcburi köçkünlər üçün vahid aylıq müavinətin məbləği 33 manat təşkil edir. Hazırda fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrində yaşayan, eləcə də sonradan bu tip yaşayış sahələrinə köçürülənlər (bu köçürülmə işğaldan azad edilmiş ərazilərə olur) üçün bu məbləğ 60 manat təşkil edir. Qeyd edək ki, bu məsələ, "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi qaydası" Azərbaycan Respublikası Prezidentinin Fərmanına və ona edilən dəyişikliklər əsasında tənzimlənir", - cavabda bildirilib.modern)

Suriyada güclü partlayış: ölən və yaralananlar var

Suriyanın şimal-qərbindəki İdlib şəhərində güclü partlayış baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Suriya mətbuatı məlumat verib. Məlumata görə, partlayış məktəbin yaxınlığında yerləşən silah anbarında meydana gəlib. Partlayış nəticəsində 5 işçi həlak olub, 9 nəfər yaralanıb. Məlumata görə, hadisə yerinə təhlükəsizlik və təcili yardım xidmətləri göndərilib.

“Toyota” yoldan çıxaraq aşdı: ata və 1 yaşlı qızı...

Şəki rayonunun Cəyirli kəndi ərazisində yol qəzası baş verib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Oğuz rayon sakini 36 yaşlı Firqət Haşimovun idarə etdiyi “Toyota” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində F. Haşimov, onun avtomobildə olan qızı - 2024-cü il təvəllüdlü A.Haşimova və 1987-ci il təvəllüdlü Nərmin Rzayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Faktla bağlı Şəki Rayon-Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Putin müharibədən qalib çıxa bilməz - Merz

Rusiya Prezidenti Vladimir Putin Ukrayna müharibəsini uğurla bitirmək imkanına sahib deyil. Sozcu.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib. Merz bildirib ki, müharibənin tezliklə başa çatması istənilir, lakin Ukraynanın və Avropanın razılığı olmadan əldə olunacaq hər hansı saziş davamlı sülh yaratmayacaq: “Ukrayna fiqur deyil, suveren dövlətdir və qərarlar yalnız qarşılıqlı razılıqla verilə bilər. Almaniya Ukraynaya dəstəyi davam etdirəcək və dondurulmuş Rusiya aktivlərini bu məqsəd üçün istifadə edəcək”.

Restoranlar Monqolustan, Ukrayna əti verir - Toy sahibləri ALDADILIR

Bakıdakı bir çox restoran və şadlıq evlərində keçirilən toy mərasimlərində Monqolustandan gətirilən qoyun, Ukraynadan gətirilən mal ətindən istifadəyə edildiyinə dair məlumatlar yayılıb. Qeyd edilir ki, həmin ətlər yerli istehsalla müqayisədə restoranlara xeyli ucuz başa gəlir. İstehlakçılara yerli məhsul kimi təqdim olunan Monqolustan və Ukrayna ətlərindən toy mərasimləri üçün tikəkabab, lüləkabab, basdırma və digər yeməklər hazırlanır. Adi günlərdə də restoranlar müştərilər üçün yemək hazırlanmasında bu ətlərdən istifadə edirlər. Mövzu ilə əlaqədar Modern.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Ukraynadan və Monqolustandan gətirələn ətlər nəzarət altındadı və normal ətlərdir: “Məsələn, Monqolustan İrana qat-qat çox ət ixrac edir və bunlar əsasən quzu ətləridir. Ukraynada isə bu bizneslə əsasən azərbaycanlılar məşğul olurlar. Azərbaycanda son 8 ayda ət defisitinin qarşısını almaq üçün bu istiqamətdə idxal başlayıb. Lakin birmənalı şəkildə bu ətlər donmuş ətlər olur. Yenə də deyirəm ki, bu ətlər normaldır və Qida Təhlükəsizliyi Agentliyinin nəzarətindədir. Eyni zamanda, yerli ətlərdən xeyli ucuzdur”. E.Hüseynov bu ətlərlə bağlı istehlakçılardan daxil olan zənglər barədə də danışıb: “İstehlakçı zənglərini ümumiləşdirsək, qeyd edilir ki, Monqolustan ətlərinin dadı yerli heyvan ətlərindən xeyli geri qalır. O ətləri insanlar istehlak etdikdə kabab və digər yeməklərdə dərhal hiss edirlər və bu barədə bizə məlumat verirlər”. E.Hüseynov onu da qeyd edib ki, restoran və şadlıq evlərinin sahibləri istehlakçılara, yaxud sifariş verənlərə birmənalı şəkildə ətin mənşəyini bildirməyə borcludur: “Sifariş verən vətəndaş bu barədə məlumat əldə etməkdə haqlıdır. Restoran və şadlıq sarayları tərəfindən bu barədə məlumat verilmir, yaxud yanlış informasiya verilirsə, bu, istehlakçı hüquqlarının pozulmasıdır. Belə hallarda istehlakçıların hüququ var ki, dövlət orqanlarına müraciət edib, aldadıldıqlarını bildirsinlər. Bu, yolverilməzdir”.

Trampın adamının şok səsyazısı yayıldı – NƏ BAŞ VERİR?

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkofun Rusiya rəsmiləri ilə telefon danışığının mətni mediaya ötürülüb. Sozcu.az xəbər verir ki, telefon danışıqlarının detallarını "Bloomberg" agentliyi dərc edib. Telefon danışıqları Uitkof ilə Rusiya prezidentinin xarici siyasət müşaviri Yuri Uşakov, həmçinin Kreml iqtisadi müşaviri Kirill Dmitriyev arasında aparılıb. 14 oktyabr tarixli ilk telefon danışığında Uitkof Uşakova Putinlə Tramp arasında telefon danışığının dərhal təşkil edilməsini məsləhət görür və bunun üçün konkret “dil və davranış strategiyası” təqdim edir. O qeyd edib ki, Putin Trampı Qəzza sülh planına görə təbrik etməli, Trampın “sülh adamı” olduğunu vurğulamalıdır. ABŞ-la birlikdə Ukrayna üzrə eyni formatda “20 maddəlik sülh planı” hazırlaya biləcəklərinə işarə etməlidir. “Biz Qəzza üçün 20 maddəlik Tramp planı hazırladıq. Bəlkə Ukrayna üçün də eyni şeyi edək”, - Uitkof bildirib. “Mən Trampa demişəm ki, Rusiya həmişə sülh istəyib. Mən buna inanıram”, - o əlavə edib. Xüsusi nümayəndə Zelenskinin 17 oktyabrda Ağ Evə səfərindən əvvəl Putinlə Trampın danışığının təşkil edilməsini “çox vacib” adlandırır: “Zelenski cümə günü Ağ Evə gəlir. Mən də o görüşdə olacağam. Amma əgər mümkündürsə, sizin boss (Putin) Trampa bu görüşdən əvvəl zəng etsin.” İki gün sonra Putin Trampa zəng edir. Danışıq 2,5 saat davam edir və Tramp bunu “çox məhsuldar” adlandırır. Ardınca o, Budapeştdə Putinlə görüş planını açıqlayır. "Bloomberg"in analizinədə görə, Uitkof-Uşakov danışığı sonradan formalaşan və ABŞ-ın Ukraynaya qəbul etdirmək istədiyi 28 maddəlik sülh planının başlanğıc nöqtəsi olub. Kremlin də bu plana öz düzəlişlərini göndərdiyi bildirilir. Putin bu ayın əvvəlində 28 maddəlik təklifin “danışıqlar üçün əsas ola biləcəyini” bildirib. 29 oktyabrda Uşakov və Dmitriyev arasında baş tutan ikinci telefon danışığı Moskvanın ABŞ-la koordinasiyanı davam etdirdiyini təsdiqləyir. Bu dəfə Kreml rəsmiləri Vaşinqtona hansı şərtləri maksimum şəkildə təqdim etməli olduqlarını müzakirə edir: Uşakov: “Maksimum istəmək lazımdır. Yoxsa bizdən nə keçirməyin mənası var?” Dmitriyev: “Biz kağızı öz mövqeyimizə uyğun hazırlayırıq. Mən onu qeyri-rəsmi ötürəcəyəm. Amerikalılar tam versiyanı qəbul etməsələr də, çox yaxın sənəd hazırlayacaqlar.” Uşakov Vaşinqtonun planı sonradan “düzgün təqdim etməməsindən” narahat olduğunu deyir. Dmitriyev isə onu arxayın salır: “Mən dediklərinizi sözbəsöz ötürəcəyəm.” Sızmalar yayılarkən Ağ Evdən ilk reaksiya gəlib. Prezident Trampın kommunikasiya direktoru Stiven Çunq deyib: “Bu hekayə yalnız bir həqiqəti sübut edir: Uitkof sülh üçün həm Rusiya, həm də Ukrayna rəsmiləri ilə hər gün danışır. Prezident onu buna görə təyin edib.” Kreml isə "Bloomberg"in sorğusuna cavab verməyib.

Bakıda SSRİ bayrağı qaldıran İbrahim Əsədli kimdir?

Sosial şəbəkələrdə SSRİ bayrağı qaldıraraq yürüşə cəhd etməklə təqsirləndirilən İbrahim Əsədli barədə bəzi faktlar məlum olub. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, İ.Əsədli həkim-onkoloqdur və bir müddət əvvəl xoşagəlməz hallarla gündəmə gəlib. Belə ki, İ.Əsədli ötən ilin fevral ayında işlədiyi "Loğmed" klinikasındakı kabinetində sevgilisi ilə birlikdə olarkən həyat yoldaşı onları yaxalamışdı. Həkim-onkoloq həmin vaxt yanında olan Aynur adlı sevgilisi ilə birləşib həyat yoldaşına şiddət göstərmişdi. Hadisə ilə bağlı İ.Əsədlinin zərərçəkmiş həyat yoldaşı polisə müraciət etmişdi.

Fransa kəşfiyyatı Parisdə rus casuslarını ələ keçirdi

Fransa kəşfiyyat xidməti Parisdə Rusiyaya casusluq etməkdə şübhəli bilinən “SOS Donbass” qruplaşmasının iki fəalını, o cümlədən bir rus qadını saxlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti mənbələrə istinadən məlumat yayıb. Nəşr qeyd edib ki, “SOS Donbass” üzvləri humanitar fəaliyyət adı altında casusluqla məşğul olublar.

Sumqayıtda klinikada 72 yaşlı qadın iynənin təsirindən öldü

Sumqayıtda 72 yaşlı qadın iynənin təsirindən ölüb. Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisə Sumqayıt şəhərində noyabrın 25-də baş verib. Şəhərin 45-ci məhəllənin ərazisində yerləşən 3 saylı ailə sağlamlıq klinikasında Sumqayıt şəhər sakini 1953-cü il təvəllüdlü Nigar Babaxanova ona vurulan iynənin təsirindən ölüb.

Rusiyada həmyerlimizin dəniz limanı müsadirə edildi

Rusiyanın Krasnodar diyarının Tuapse şəhərində azərbaycanlı iş adamı Şahlar Novruzovun əmlakı müsadirə edilib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Kuban Arbitraj Məhkəməsi 900 milyon rubl məbləğində dələduzluğa cəhd ittihamı ilə həbsdə olan Azərbaycan əsilli Şahlar Novruzovun aktivlərini müsadirə edib. Məhkəmənin qərarına əsasən, Novruzovun sahibi olduğu Tuapse Dəniz Limanının və TMKP Müəssisəsinin səhmlərinin 100%-i, Temryuk Yük Terminalı, "Dar Fruit" MMC-nin əmlakı dövlətin mülkiyyətinə keçib. İstintaq hesab edir ki, aktivlər 1994-cü ildən başlayaraq qanunsuz əməliyyatlar yolu ilə dövlət mülkiyyətindən çıxarılıb. Məhkəmə həmin obyektlərin dövlət mülkiyyətindən çıxarılması ilə bağlı bütün əməliyyatları ləğv edib.

Neftin qiyməti gələn il 30 dollara düşə bilər - ŞOK XƏBƏRDARLIQ

Beynəlxalq bazarlarda "Brent" markalı neftin qiyməti kəskin ucuzlaşa bilər. Sozcu.az-ın məlumatına görə, "JP Morgan" analitikləri bildirirlər ki, 2027-ci ilə qədər "Brent" neftin bir barelinin qiyməti 30 dollara qədər enə bilər. Buna səbəb dünya üzrə tələbi üstələyən artıq təklifdir. Hazırda "Brent "ilin əvvəlindən bəri 14% ucuzlaşıb və bazar ertəsi qiymət 62,59 dollar civarında sabit qalıb. Qiymətlərin zəifləməsinə səbəb kimi Ukrayna üzrə sülh danışıqlarının yenidən başlaya biləcəyi barədə gözləntilər göstərilir. Analitiklər qeyd edirlər ki, qlobal bazarda artıqlıq yaransa belə, qiymətlərin 40 dolların altına enməsi real görünmür. Lakin qısamüddətli dövrdə qiymətlərə təzyiq əsasən OPEK+ ölkələrinin və ABŞ istehsalçılarının yüksək hasilatı ilə bağlı olacaq. Eyni zamanda ekspertlər hesab edirlər ki, Ukrayna müharibəsinin sülh yolu ilə həll olunması enerji bazarlarına təsir göstərə bilər. Rusiya neftinə tətbiq edilən bir sıra sanksiyaların yumşaldılması ehtimalı qiymətlərdə əlavə dəyişiklik yarada bilər. Məşhur investisiya bankı "Goldman Sachs" neft kotirovkalarının 2026-cı ildə də aşağı istiqamətdə hərəkət edəcəyini bildirir. Bankın hesablamalarına görə, 2026-cı ildə ABŞ nefti WTI-nin orta qiyməti təxminən 53 dollar olacaq. Bank həmçinin xəbərdarlıq edir ki, 2025-ci ildə gündəlik neft artıqlığı 2 milyon barelə çata bilər. "Goldman Sachs"ın qlobal əmtəə tədqiqatları şöbəsinin həmsədri Daan Strüvenin sözlərinə görə, 2026-cı il böyük təklif dalğasının son ili olacaq, bundan sonra bazar tədricən sabitləşməyə başlayacaq.modern)

Xəzəri böyük fəlakət GÖZLƏYİR

Əsrlər boyu bölgənin təbii sərvətlərinin, iqtisadi həyatının və ekoloji tarazlığının əsas dayağı olan Xəzər dənizi bu gün böyük təhlükə ilə üz-üzədir. Son illər müşahidə olunan sürətli səviyyə enməsi təkcə Azərbaycan üçün deyil, bütün Xəzəryanı ölkələr üçün ciddi xəbərdarlıq siqnalına çevrilib. Araşdırmalar göstərir ki, Xəzərin səviyyəsində dəyişikliklər tarix boyu baş verib, lakin indiki geri çəkilmə miqyası və sürəti narahatlıq doğuracaq qədər böyükdür. İqlim dəyişikliyi, yağıntıların azalması, onu qidalandıran çayların qarşısının bəndlərlə kəsilməsi, sənaye məqsədilə nəzarətsiz su götürülməsi və digər amillər Xəzərin taleyini daha da ağırlaşdırır. Artıq bəzi proqnozlarda bildirildiyinə görə, qarşıdakı 20-30-50 il ərzində dənizin əhəmiyyətli hissəsi yox ola, sahil xətti yüzlərlə kilometr geri çəkilə bilər. Modern.az-a açıqlamasında Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin Hidrometeorologiya şöbəsinin müdiri Səid Səfərov qeyd edib ki, hazırkı şəraitdə həm Xəzər dənizinin səviyyə dəyişmələrinin müasir vəziyyəti, eləcə də hidrodinamik iqlim modellərinə əsasən aparılan tədqiqatlar göstərir ki, əsrin sonuna qədər temperaturun artması və antropogen amillərin güclənməsi davam edərsə, Xəzərin səviyyəsinin xeyli aşağı düşməsi gözlənilir. “Müxtəlif ssenarilərə görə, əgər Paris Sazişinə riayət olunarsa, səviyyə 8-9 metr, əgər heç bir məhdudiyyət tətbiq edilməzsə, bəzi proqnozlara əsasən 18 metr, hətta 20-21 metrədək aşağı düşə bilər. Bu isə müxtəlif ərazilərdə fərqli təsirlər yaradacaq. Məsələn, Xəzərin Azərbaycan sahillərində dəniz təxminən 20-30 kilometr geri çəkilə, quruya bilər. Yəni bu gün Bakı bulvarından dənizi gördüyümüz halda, proses bu templə davam edərsə, gələcəkdə bulvardan dənizi görmək üçün çox uzun məsafə qət etmək lazım gələ bilər. Bu isə, təbii ki, ciddi narahatlıq doğurur”. Müsahibimiz bildirib ki, sözügedən vəziyyət yalnız iqlim dəyişmələrinin indiki sürətlə davam etməsi və antropogen təsirlərin artması halında mümkün ola bilər: “Son illər təsərrüfat və suvarma məqsədləri üçün götürülən suyun həcmi artır və bu da Xəzərə tökülən çayların gətirdiyi suyun azalmasına səbəb olur. Digər tərəfdən, temperaturun yüksəlməsi dənizdə buxarlanmanı artırır. Üçüncü bir amil də son tədqiqatlarla müəyyənləşdirilib. Bundan əlavə, külək rejiminin dəyişməsi də Xəzərin səviyyə dəyişmələrinə buxarlanma yolu ilə ciddi təsir göstərir”. O, həmçinin vurğulayıb ki, bu proseslər indiki templə davam edərsə, Xəzəri və sahilyanı ölkələri böyük təhlükə gözləyir: “Əgər Xəzəryanı dövlətlərin və bütövlükdə dünya ölkələrinin birgə səyi ilə qlobal istiləşmənin qarşısı alınarsa və çaylar üzərində antropogen təsirlər azaldılarsa, verilən proqnozlar müəyyən qədər yumşala bilər. Əks halda, bu laqeydlik çox ciddi və mənfi nəticələrə gətirib çıxara bilər”,- deyə S.Səfərov fikrini yekunlaşdırıb.

Sabah Kəlbəcərə köç OLACAQ

Növbəti köç karvanının sabah Kəlbəcərə yerləşməsi gözlənilir. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev Şəhər Günü münasibətilə təşkil olunan konsert proqramı öncəsi çıxışında  deyib. Onun sözlərinə görə, Böyük Qayıdış proqramı əsasında Kəlbəcər rayonunda da yenidənqurma istiqamətində kompleks tədbirlər keçirilir: “Birinci yaşayış məhəlləsində artıq bir neçə mənzil istifadəyə verilib. Hazırda ikinci, üçüncü və dördüncü yaşayış məhəllələrində layihələndirmə işləri aparılır”.

Ərdoğan Ukrayna ilə bağlı sammitdə iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya–Ukrayna münaqişəsinin həlli üçün bu gün onlayn formatda keçiriləcək “İstəklilər Koalisiyası”nın iclasında iştirak edəcək. Sozcu.az xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik bildirib. Onun sözlərinə görə, onlayn iclas Türkiyə vaxtı ilə saat 18:00-da başlayacaq.

İtkin düşən keçmiş hərbçinin meyiti zibillikdə tapıldı

Bakıda 3 gün əvvəl itkin düşən 62 yaşlı Kutais Şəkər oğlu Xəlilov ölü vəziyyətdə tapılıb. Sozcu.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, o, 21 noyabr 2025-ci il tarixində səhər saat 10 radələrində yaşadığı evdən çıxmış və bir daha geri qayıtmamışdı. Onun Suraxanı, Xətai, NZS, Neftçilər və "Sovetski" adlanan ərazilərdə görüldüyü bildirilmişdi. Ailə üzvlərinin verdiyi məlumata əsasən, itkin düşmüş şəxs bu gün Əmircan qəsəbəsi ərazisində, zibillikdə ölü halda aşkarlanıb. Qeyd edək ki, K.Xəlilov Birinci Qarabağ müharibəsinin iştirakçısı olub və uzun müddət hərbçi kimi xidmət edib. O, son olaraq Suraxanı Su Kanal İdarəsində çalışıb.

Kəlbəcərdə atəşfəşanlıq olacaq

Kəlbəcər Şəhəri Günü münasibətilə atəşfəşanlıq olacaq. Sozcu.az xəbər verir ki, gün ərzində kiçik tamaşa parçalarının və müxtəlif səpkili sərgilərin nümayişi də nəzərdə tutulur. Bu gün axşam saatlarında isə incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı və daha sonra atəşfəşanlıq planlaşdırılır.

Ukrayna Rostova zərbələr endirdi: ölü və yaralılar var

Ukrayna Silahlı Qüvvələri Rostov vilayətinə kütləvi zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə vilayətin qubernator əvəzi Yuri Slyusar məlumat yayıb. "Hücum nəticəsində Taqanroqda 3 nəfər həlak olub. Daha 10 sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Çoxmənzilli və fərdi yaşayış evləri, yerli kollec, uşaq bağçası, avtomobillər və ən azı iki sənaye müəssisəsi zərər görüb", - o bildirib.

AB artıq ABŞ-a etibar edə bilməz - Röttgen

Ukrayna böhranının həlli ilə bağlı Vaşinqtonun planında əhəmiyyətli dəyişikliklər edilsə belə, AB artıq tamamilə ABŞ-a etibar edə bilməz. Sozcu.az xəbər verir ki, bunu Bundestaqın üzvü Norbert Röttgen deyib. “İndi avropalıların Amerikaya etibar edə bilməyəcəyini göstərən təcrübəsi var. Belə bir hal İkinci Dünya müharibəsindən bəri baş verməyib. İndi biz yeni bir dünyada yaşayırıq. ABŞ Prezidenti Donald Trampın Ukrayna planı ortaya çıxandan bəri Berlində şok əhval-ruhiyyəsi hökm sürür”, - o bildirib.

Bakıda ana 3 günlük körpəsini dənizə ataraq öldürdü

Bakıda ana yeni doğulmuş körpəsini öldürüb. Sozcu.az APA-ya istiandən xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib. Noyabrın 11-də Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Pərvanə Eyvazova 3 günlük oğlan uşağını Türkan qəsəbəsinin ərazisində dənizə ataraq öldürüb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə P.Eyvazova tutulub. Meyitin tapılması istiqamətində tədbirlər görülür. Araşdırma aparılır.

Yeganə qırmızı xətt Rusiyadır - Makron

Fransa Prezidenti Emmanuel Makron Ukraynada sülhün bərqərar olmasına mane olan yeganə tərəfin Rusiya olduğunu bildirib. Sozcu.az xəbər verir ki, bu sözləri Makron RTL radiosuna video-müraciətində deyib. “Son üç ildə bizim yeganə qırmızı xəttimiz Rusiyadır və Ukraynadakı münaqişənin bitməsi üçün Moskvanın destruktiv mövqedən imtina etməsi vacibdir”, - o qeyd edib.

ABŞ Venesuela ilə müharibəyə hazırlaşır – KİV

ABŞ “Günəş karteli”ni (Cartel de los Soles) terror təşkilatı elan etməklə, Venesuela ilə hərbi münaqişəni daha da yaxınlaşdırdı. Sozcu.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti məlumat yayıb. “Venesuelanı bombalamağa başlayacağımızı heç kim bilmir, amma ABŞ Prezidenti Donald Tramp administrasiyasının “Günəşlər karteli” ilə bağlı demaqogiyası çoxsaylı həyəcanverici siqnallardan yalnız biridir. ABŞ aylardır ki, narkotik qaçaqmalçılığı şübhəlilərinin məhkəməsiz qətllərini həyata keçirir və hücumları Amerikanın narkotik kartelləri ilə silahlı münaqişədə olduğunu iddia etməklə əsaslandırır, lakin indi Tramp administrasiyası bu silahlı münaqişəni Venesuelaya da şamil etməyə hazır görünür”, - məlumatda deyilib. Qeyd olunub ki, amerikalılar artıq Venesuela sahillərində böyük bir dəniz qüvvəsi toplayıb və aviaşirkətlər ABŞ Federal Aviasiya Administrasiyasının Karib dənizində hərbi fəaliyyətin artması ilə bağlı xəbərdarlığından sonra uçuşları ləğv etməyə başlayıblar.

Yasamalda yanğında həlak olan Könül Vəlibəylinin qızının vəziyyəti açıqlanıb

Noyabrın 21-də Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş vermiş yanğın hadisəsi ilə səbəbilə 2000-ci il təvəllüdlü Ləman Qulamova Yeni Klinikanın Reanimasiya şöbəsinə təxliyə edilib. Bu barədə Yeni klinikanın Mətbuat xidmətindən məlumat verilib. "Hazırda pasiyentin vəziyyəti kritik ağır olaraq qalır və süni tənəffüs aparatına qoşulmuş vəziyyətdə reanimasiya şəraitində nəzarətdə saxlanılır", - məlumatda bildirilib. Qeyd edək ki, Ləman Qulamova sözügedən yanğında həlak olan Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızıdır.

Nərimanovdakı partlayışda yaralanan şəxs: "Hamı töküldü üstümə, məni qan aparırdı"

"Yoldan keçirdim. Binada partlayış baş verdi, üç-dörd metr aralıya düşdüm. Şüşələr üstümə töküldü, bir neçə dəqiqə sonra ayılanda məni qan aparırdı". Bunu paytaxtın Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində beşmərtəbəli binada baş verən partlayışda xəsarət alan şəxs deyib. Yaralının sözlərinə görə, təcili tibbi yardım briqadası onu dərhal xəstəxanaya çatdırıb: "Kliniki Tibbi Mərkəzdə qolumu gipsə saldılar, başıma bir neçə tikiş qoyuldu. Yanımda, təxminən, 19 yaşında olan qız var idi. O, heç nə danışmırdı, uzanmışdı. Digər yaralının - oğlanın vəziyyəti pis idi, ancaq qışqırırdı". Daha ətraflı videomaterialda: