“Azərbaycanda peyvənd istehsal olunarsa, əhalinin həmin peyvənddən istifadə etməsi üçün inam yaratmaq lazımdır”

“Dünyada bir sıra alimlərin vaksinasiya barədə müxtəlif mövqeləri var. Oba görə də Azərbaycanda peyvənd istehsal olunarsa, əhalinin həmin peyvənddən istifadə etməsi üçün vətəndaşlarda inam yaratmaq lazımdır”.

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

Partiya sədri bildirib ki, dövlət istehsal etdiyi peyvəndə təminat verməli və təcrübələr, müxtəlif nümunələr nümayiş etdirilməlidir: “Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya prosesi çox çətin məsələ olduğu üçün bu barədə konkret fikir bildirmək olmur. Koronavirus ağır xəstəlikdir və ölüm riski var. Bele olan halda müəyyən fəsadlarının ola bilmə ehtimalına görə vaksinasiyanın əleyhinə çıxmaq olmaz. İstənilən halda, xalqı pandemiyaya qarşı mübarizəyə səfərbər etmək lazımdır. Vaksinasiyanın səmərəliliyi də qeyri-müəyyəndir. Məsələn, dostum Pənah Hüseynov hər iki doza ilə peyvəndləməni ağır keçirib. Eynən, koronavirusun əlamətlərini yüngül də olsa hiss edib. Yəni vaksinasiya da bəzən problemlər yaradır. Azərbaycanda peyvənd istehsal olunacaqsa, alimlər, mütəxəssislər mütləq peyvənd barədə rəy bildirib, cəmiyyəti inandırmalıdırlar”.

Facebook Comments