Məşhur həkimdən bədbin proqnoz: “Yoluxma sayı artacaq”

Ölkəmizdə koronavirusa yoluxanların sayı bir neçə ay öncə azalsa da, artıq yenidən artım müşahidə olunmağa başlayıb. Yeni yoluxanların sayı getdikcə üç sıfırlı rəqəmə yaxınlaşır. Cəmiyyətdə yenidən sərt karantin tədbirlərinin tətbiq olunacağı və hətta qapanma qorxusu var. Ortaya həm də məntiqli sual çıxır: Ölkə əhalisinin təxminən yarısı peyvəndlənibsə, yoluxma niyə artır?

Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov Yenisabah.az-a açıqlamasında əvvəlcə koronavirusun süni yaradıldığını vurğulayıb:

“Koronavirus süni yaradılmış bir virusdur. İngiltərənin kraliçası Elizabet hələ 2 il öncə koronavirusun 5 mərhələsinin olacağını və həmin mərhələdən sonra bitəcəyi xəbərdarlığı edib”.

Rəşid Mahmudovun sözlərinə görə, virus “planlı şəkildə” yayılır:

“Hazırda pandemiyanın 4-cü dalğasını yaşayırıq. Bu dövrdə virusun “Delta” növü geniş yayılır. Əslində, virus 5-10 dəqiqədən artıq yaşaya bilməz. Amma koronavirus xarici mühitdə saatlarla, sutkalarla qala bilir. Ona görə də, yayılma genişdir”.

Həkim peyvəndlərin heç bir təsiri olmadığını söyləyib:

“Vaksinasiya prosesi əvvəlki koronavirusa qarşı yaradılmış peyvəndlərlə aparılır. Buna görə də, təsirsizdir. Koronavirusun “Delta” növündə yoluxanlar xəstəliyi o qədər də ağır keçirmir. Virusun bu növündə ölüm faizi az, yoluxma sayı çox olacaq.Bundan qorxmaq lazım deyil”.

Facebook Comments