Daha bir deputat karantin qaydalarını kobud şəkildə pozdu – CƏZALANACAQMI?

Milli Məclisin daha bir deputatı – Novruzəli Aslanov qızına karantin qaydalarına zidd toy məclisi keçirib.

Sozcu.az xəbər verir ki, deputat qızı üçün Bakının tanınmış restoranlarından birində təşkil etdiyi məclisdə 300 nəfərə yaxın adam olub.

Novruzəli Aslanovun karantin müddətində toy məclisləri üçün müəyyən edilən 150 nəfərdən artıq adam toplaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Həm də bəstəkar olan Novruzəli Aslanov təkcə 10 nəfərə yaxın müğənnini məclisə çağırıb.

Bundan başqa millət vəkilinin qohumları ilə yanaşı, deputat həmkarları, ictimaiyyət nümayəndələri də toyda olub.

Bəs görəsən, müvafiq qurumlar müəyyən olunmuş say həddindən artıq adamları başına toplayan deputatı məsuliyyətə cəlb edəcəkmi?

Qeyd edək ki, 58 yaşlı N. Aslan İsmayıllıdan 4 çağırış deputat seçilib.gununsesi.info

Facebook Comments