Türkiyədə koronaya yoluxma kəskin artdı

Türkiyədə son sutkada yeni növ koronavirusa yoluxma sayı 10 minə yaxınlaşıb.

Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

“Təcrübəmizdən bilirik ki, bir və ya bir neçə gün ərzində xəstəlik sayı azalmır. Yəqin ki, sabah daha yüksək bir rəqəmlə qarşılaşacağıq. Növbəti günlərdə yoluxma sayını əməl edəcəyimiz qaydalar və peyvənd olunmağımız müəyyənləşdirəcək. Əldə etmək istədiyimiz nəticəyə görə davranaq. Gəlin, möhkəm olaq”, – deyə o bildirib.

Facebook Comments