Tixanovskaya Zelenskiyə yaxınlaşdı, dedi ki… – Kuleba

Ukrayna Prezidenti Vladimir Zelenski ilə Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya arasında Vilnüsdə keçirilmiş qeyri-rəsmi görüşün təfərrüatı bəlli olub.

Sozcu.az xəbər verir ki, bu barədə danışan Ukrayna xarici işlər naziri Dmitri Kuleba Litvadakı tədbirlərdən birində müxalifət liderinin Zelenskiyə yaxınlaşdığını bildirib.

“Qeyri-rəsmi görüşdə o, Prezident Vladimir Zelenskiyə yaxınlaşdı, özünü təqdim etdi və Belarus xalqını dəstəklədiyinə görə Ukraynaya təşəkkür etdi. Dövlətimiz bu dəstəyində həqiqətən səmimi və ardıcıldır. Belarusla demokratik bir Avropa ölkəsi olaraq maraqlanırıq”, – Kuleba qeyd edib.

Facebook Comments