Bayden ABŞ-ın sanksiya siyasətini dəyişir

Bayden administrasiyası özünün sanksiya siyasətinə yenidən baxmağı planlaşdırır.

Sozcu.az xəbər verir ki, bu məlumatı “Vol Strit Jurnal” qəzeti yayıb.

Bildirilib ki, Vaşinqton digər ölkələrə miqyaslı təzyiqdən və onlara əhəmiyyətli iqtisadi zərər vurmaqdan imtina etmək niyyətindədir.

Administrasiyanın həmçinin bundan sonra fəaliyyətlərini müttəfiqləri ilə razılaşdırmaq niyyətində olduğu vurğulanıb.

Qəzetin mənbələri bu baxımdan ən çox İrana qarşı məhdudiyyətlərin yumşaldılacağını bildirib.

Facebook Comments