Güney azərbaycanlı məhbusların aclıq aksiyası genişlənir-Daha üç məhbus aksiyaya qoşuldu

Mehrdad Şeyxi, Rza Vasiqi və Əli Vasiqi iyunun 12-si axşam saatlarında yaxınları ilə telefon əlaqəsi zamanı Abbas Lisaninin irəli sürdüyü istəklərə dəstək və onunla həmrəylik məqsədilə bu gün iyunun 13-ü səhər saatlarından aclıq aksiyasına qoşulacaqlarını bildiriblər.

Abbas Lisaniyə dəstək məqsədilə siyasi məhbus Yusif karinin aclıq aksiyasına əl atmasından sonra Tehran və Ərdəbil həbsxanalarında saxlanılan daha üç Güney azərbaycanlı siyasi məhbus aclıq aksiyasına başlayacaqları barədə məlumat veriblər.

Mehrdad Şeyxi, Rza Vasiqi və Əli Vasiqi iyunun 12-si axşam saatlarında yaxınları ilə telefon əlaqəsi zamanı Abbas Lisaninin irəli sürdüyü istəklərə dəstək və onunla həmrəylik məqsədilə bu gün iyunun 13-ü səhər saatlarından aclıq aksiyasına qoşulacaqlarını bildiriblər.

Onlar Abbas Lisaninin aclıq aksiyasını davam etdirdiyi müddətcə onu yalnız buraxmayacaqlarını və aksiyalarını davam etdirəcəklərini deyiblər.

Bununla yanaşı iyunun 12-si səhər saatlarından eyni istəklərlə aclıq aksiyasına əl atan Yusif Kari, bu gündən quru aclıq aksiyasına başlayıb.

Qeyd edək ki, Abbas Lisani iyunun 12-i səhər tezdən aclıq aksiyasına əl atıb və bu gündən etibarən quru aclıq aksiyasına başlayacağını bildirib.

O, ağır cinayətlər törətmiş məhkumların siyasi məhbusların kameralarına köçürülməsinə, həbsxana rəhbərliyinin siyasi məhbuslara qarşı təzyiqlərinə etiraz olaraq aksiyaya başlayıb. Lisani belə məhkumların siyasi məhbusların saxlanıldığı bölmələrə köçürülmələrinin dayandırılmasını tələb edir.

Bu ilin yanvar ayında Yusif Kari məhkumluq növlərinə görə məhbusların saxlanılma bölmələrinin ayrılmaması və həbsxana məsullarının təzyiqlərinə etiraz olaraq aclıq aksiyasına başlamışdı. Abbas Lisani başda olmaqla Ərdəbil və Tehran həbsxanalarında saxlanılan 7 güney azərbaycanlı siyasi məhbs ona qoşulmuşdular.

8 gün davam edən bu aksiya güneyli siyasi məhbusların birliyi nəticəsində Yusif Karinin istəklərinin yerinə yetirilməsi və həbsxana məsullarının geri oturması ilə nəticələndi.

Facebook Comments