51 minlik ev kirayələdilər

Aktrisa model Meqan Foks repçi Kolson Beykerlə münasibətə başlayandan onunla birlikdə yaşayır.

Sozcu.az “Cosmopolitan” nəşrinə istinadən xəbər verir ki, cütlüyün qaldığı ev üçün aylıq ödədiyi kirayə haqqı məlum olub.

Kaliforniya ştatının Şerman Ouks şəhərində olan mənzil üçün sevgililər aylıq 30 min dollar (təxminən 51 min manat) pul ödəyir. Beş yataq, beş vanna otağı olan evin həyətində hovuz, SPA kompleksi və basketbol meydançası var.

Facebook Comments