Messi rəsmi təklif almayıb

“Barselona”nın kapitanı Lionel Messi hələ klubdan müqaviləsinin yenilənməsi ilə bağlı rəsmi təklif almayıb.

Sozcu.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Bildirilib ki, yeni müqavilə ilə bağlı danışıqlar olub. Bununla belə argentinalı hücumçuya hələ düşünə və qərar verə biləcəyi təklif göndərilməyib

İspaniya mətbuatı “Barselona”nın Lionel Messiyə on illik müqavilə imzalamaq istədiyini yazıb.

Xatırladaq ki, 33 yaşlı futbolçunun Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti bu ayın sonu başa çatır.

Facebook Comments