Menendes Bakıya yardımdan “narahatmış” – Blinkenin cavabı

ABŞ Azərbaycana fərqli növ yardımların, o cümlədən hərbi yardımların təqdim edilməməsinin məqsədyönlü olmasını nəzərdən keçirməyə davam edəcək.

Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken Senatın Xarici İşlər Komitəsində erməniyönlü senator Robert Menendesin “Azərbaycan hökumətinə ABŞ-ın yardım etməsindən məyusuq” çıxışına cavab olaraq deyib.

“Mən bu məsələ, xüsusilə, əsirlərin qaytarılması və konfliktin real nizamlanması üzərində aktiv çalışmışam. Düşünürəm ki, biz yaxın zamanlarda yardım məsələsini nəzərdən keçirməyə davam etməliyik”, – deyə o bildirib.

Facebook Comments