Aleyna sərvət dəyərində reklam müqaviləsi imzaladı

Türkiyənin uğurlu müğənnilərindən sayılan Aleyna Tilki yeni reklam razılaşması imzalayıb.

Sozcu.az “bizim.media”ya istinadən xəbər verir ki, müğənni dondurma reklamından sonra meyvə şirəsinin reklam çəkilişində rol alacaq.

O, 6 aylıq kampaniya üçün 600 min TL (təxminən 120 min 540 manat) qazanacaq.

Qeyd edilir ki, Aleyna markanın reklam musiqisini və video klipini də hazırlayacaq.

Facebook Comments