Mövlud Çavuşoğlu ilə NATO-nun Baş katibi arasında telefon danışığı olub

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO-nun Baş katibi Yens Stoltenberq ilə telefonla danışıb.

Sozcu.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon söhbətində M.Çavuşoğlu iyunun 14-də keçiriləcək NATO sammiti hazırlıqları ilə bağlı Y.Stoltenberqlə fikir mübadiləsi aparıblar. Bundan başqa, NATO-nun qarşıdakı 10 ildəki istiqamətinin təyin edilməsi və Əfqanıstandakı son hadisələr barədə müzakirələr aparıblar.apa

Facebook Comments