Zelenski Putinlə görüş üçün yer təklif etdi

Vatikan Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün ideal yerdir.

Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski “La Republika”ya müsahibəsində deyib.

O, Putinlə görüşün baş tutacağını və bunun Donbasdakı müharibəni bitirmək üçün lazım olduğunu bildirib.

Qeyd edək ki, Zelenski 26 aprel tarixində Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermaka Putinlə görüşün detallarını müəyyən etmək üçün təlimat verib.

Facebook Comments