Rusiya təyyarəsi sərhədi pozdu, qırıcı havaya qaldırıldı

Rusiyanın İl-96 təyyarəsi Kolumbiya dövlət sərhədini pozub, onun yaxalanması üçün “Kfir” qırıcısı havaya qaldırılıb.

Sozcu.az xəbər verir ki, bu barədə Kolumbiyanın Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, aviaobyekt sərhədi pozan anda “Kfir” havaya qaldırılıb və dərhal hava məkanını tərk etməsi tələb edilib. Rusiya dövlət təyyarəsi əmrə tabe olub.

Facebook Comments