Məcburən Vətənimi tərk etmək istəyirəm...
Bu məmləkətdə əsl ziyalıya dəyər verilmir...
Ali təhsilliyəm, şair-publisistəm, jurnalistəm, ziyalıyam, istedadlı insanam...
Həm işsizəm, həm evim-mənzilim yoxdur.
İşlə də təmin edilmirəm, dövlət tərəfindən mənə mənzil də verilmir.
Müstəqil jurnalis kimi fəaliyyət göstərirəm.
Qeyd edim ki, jurnalist olaraq 25 ildir ki, mətbuat sahəsində çalışıram.
Azərbaycan Yazıçılar Birliyinin, eləcə də Jurnalistlər Biriyinin üzvüyəm. 2020- ci idə Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən deputatlığa namizəd olmuşam.
Şair-jurnalist kimi düşünürəm ki, nə vaxta kimi kirayə "ev"lərdə ömrüm çürüməlidir? Nəvaxtadək işləmək üçün iş axtarmalıyam?
Ömrüm-günüm kirayələrdə və iş axtarmaqla ötüb keçir. Bu qədər də ədalətsizlik olarmı?
Öz ana Vətənimizdə vətəndaşlara yaşamağa şərait yaradılmır, imkan verilmir. Ancaq vəzifəli şəxslərin, məmurların ailə üzvləri və onlara doğma olanlar yaxşı gün görürlər, bəzəkli, möhtəşəm villalarda, təmtəraqlı saraylarda lüks və komfortlu həyat yaşayırlar.
Vəzifəli şəxslərin çoxusunun övladları və doğmaları vəzifə sahibidir, dövlətin hansısa qurumlarına rəhbərlik edirlər, hətta yüksək vəzifələrə təyin olunurlar. Nə edək, belədir.
Yaşadığım gün-güzarana baxanda məlum olur ki, doğma yurdum Azərbaycan adlı milyonlar səltənəti, saysız-hesabsız sərvəti olan bu məmləkət bir qrup adamlara, vəzifəli şəxslərə, məmurlara, onların ailə üzvlərinə, doğmalarına, əzizlərinə və yaxınlarına aiddir. Neçə illərdi ki, ölkədə belə bir xoşagəlməz hal açıq-aydın görünür...
Bir vacib məsələyə də toxunmaq istəyirəm. Çox böyük fəxr hissilə deyirəm ki, ömrümün çox hissəsini təhsil müəssisələrinin, elm ocaqlarının auditoriyasında keçirmişəm. Ayrı-ayrı ixtisaslar üzrə təhsilim var.
Bir neçə diplom sahibiyəm. Əsasən humanitar sahə üzrə təhsil almışam.
Alimlərdən, akademik və professorlardan, gökəmli, tanınmış müəllimlərdən, dərs almışam, onların mühazirələrinə qulaq asmışam, elmin sirlərinə yiyələnmişəm.
Onu da qeyd edim ki, yenə də tələbəyəm, universitetdə distant təhsil alıram.
"Sinema, radio, televiziya" proqramçılığı fakültəsində oxuyuram. Təhsilim ödənişlidi.
Xeyli müddətdir ki, təhsil haqqımı ödəyirəm.
Vurğulayım ki, yaxın günlərdə imtahanlarım olacaq. Amma işsiz olduğum üçün təhsil haqqımı hələ də ödəyə bilməmişəm.
Universitetin hesabına təhsil haqqımı keçirə bilmədiyim üçün yəqin ki, bir neçə günə olacaq imtahanlara buraxılmayacam.
Əlbəttə, bu, birmənalı olaraq belədir.
İş tapa bilsəydim, işləsəydim maaşımdan təhsil haqqımı özüm təbii ki, ödəyəcəkdim.
Baxın görün ki, bir neçə diplom sahibi olan ali təhsilli mütəxəssis öz doğma Vətənində, öz ana yurdunda neçə illərdir ki, işsizdir, işləmək üçün iş tapa bilmir. Təəssüflər ki, ölkəmizdə çox ədalətsizlik, haqsızlıq var.
Ölkədə beyin mərkəzləri sıradan çıxır. Ölkənin ziyalıları küsdürülür, bezdirilir, öz Vətənindən didərgin düşərək doğmalarını tərk edib Avropa ölkələrinə gedir.
Şair-jurnalist kimi fikirləşirəm ki, qalan ömrümü ac-yalavac, iş atara-axtara kirayə daxmalarda, zülüm içində keçirməliyəmmi?
Deməli, bircə çıxış yolu qalıb, çox sevdiyim Vətənimdən köçüb getmək. Neyləyim axı, öz Vətənimdə üzüm gülmür, ürəyim sevinmir. Çünki bu ölkədə qismətim ancaq çəkdiyim qəm-qüssədi, kədərdi, dərddi.
P. S. Heyif, bu ölkədə ziyalının dəyəri yoxdur.
P. S. S. Məni çox bezdirdilər öz Vətənimdən.
Göz yaşımla Vətəni tərk etməyə məcburam.
XATİRƏ ƏZİZ Rəhimli
Şair-publisist, jurnalist