Azərbaycanda 230 min manata avtomobil nömrəsi satılır

İnternetdə ən bahalı nömrələrin siyahısı yayılıb.

Sozcu.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə David Xamelenko adlı şəxs elan yerləşdirib. Elanda qeyd olunur ki, aşağıdakı avtomobil nömrələri satılır. Ən bahalı nömrə 99 TT 999-dur – 230 min manat. Satışda olan digər nömrələrin siyahısı ilə belədir:

99 LL 999 – 200 min AZN
99 VV 999 – 200 min AZN
99 UU 999 – 200 min AZN.

Bu siyahının nə dərəcədə real olduğunu demək çətin olsa da, bəlli olan budur ki, Azərbaycanda nömrə alveri geniş yayılıb.

Demokrat.Az

Facebook Comments