Ayda bir evin qiyməti 81 milyon manat olacaq

Alimlər Ayda yaşayış üçün normal şəraitin yaradılmasının yaxın vaxtlarda reallaşdırıla biləcəyini açıqlayıblar.

Sozcu.az unikal.org-a istinadən bildirir ki, bu səbəblə elm adamları sözügedən planetdə 1 evin dəyərini və 4 nəfər ailənin dolanşığını təmin etmək üçün aylıq gəlirin nə qədər olduğunu hesablayıblar.

Hesablamalardan sonra məlum olub ki, bir ailənin Ayda normal yaşaması ayda 325 min dollara (552 min 500 manata) başa gələcək.

Ayda inşa ediləcək ilk evin qiyməti 48 milyon dollardan (81 milyon manat) başlayacaq. Ayda ilk mənzilin inşası təcrübəsi 2024-cü ildə reallaşdırılacaq.

Facebook Comments