Azərbaycanla oyundan əvvəl zədələndi

Portuqaliya millisinin qapıçısı Ruy Patrisiu DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla oyun öncəsi zədələnib.

Sozcu.az xəbər verir ki, “Vulverhempton”un şərəfini qoruyan qolkiper İngiltərə Premyer Liqasının 33-cü turunda “Liverpul”la görüşdə (0:1) ağır zədə alıb. 86-cı dəqiqədə “Vulverhempton”un kapitanı Konor Koudi rəqib futbolçu Məhəmməd Salahın zərbəsinin qarşısını almağa çalışarkən dizini öz qapıçısının başına vurub. Bu səbəbdən oyun 14 dəqiqə dayanıb. Ruyu meydanı xərəklə tərk edib.

Görüşdən sonra “Vulverhempton”un bşa məşqçisi Nuno Espirito Santo 33 yaşlı qapıçının durumu barədə məlumat verib: “Ruy Patrisio yaxşıdır. Şüurludur. Baş verənləri xatırlayır. Qiymətləndirmə müsbətdir. Onunla hər şey yaxşı olacaq. Pis bir şey olduğu zaman bir sarsıntı olur. Bu, futbolda reallaşa bilər”.

Qeyd edək ki, martın 24-də İtaliyadakı “Yuventus” stadionunda keçiriləcək Portuqaliya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.qol

Facebook Comments