112 nömrəli marşrut xəttinin hərəkət sxemi dəyişdirilib

112 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Bu barədə Sozcu.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib. Verilən məlumata görə, dəyişikliyə səbəb Xəzər rayonu Şağan qəsəbəsində kanalizasiya xəttində qəzanın baş verməsidir.

Hazırda marşrut xətti üzrə avtobuslar Hacı Zeynalabdin Tağıyev küçəsi – Şüvəlan yolu ilə hərəkət edirlər.

Facebook Comments