Zlobin: Bayden əvvəlcə Çinlə hesablaşacaq, sonra…

Nə Rusiya, nə də ABŞ bir-biriylə münasibətlərin yaxşılaşdırılmasına hazırdır. Bu ölkələrdən heç birinin kifayət qədər siyasi iradəsi yoxdur ki, situasiyanı ölü nöqtəsindən çıxarsınlar.

Sozcu.az xəbər verir ki, bunu Qlobal Maraqlar Mərkəzinin prezidenti Nikolay Zlobin deyib.

Onun sözlərinə görə, Rusiya Baydenin xarici siyasətində əsas beş problem sırasına daxil olacaq:

“Məncə, Çinlə hesablaşdıqdan sonra o, Avropadakı müttəfiqləri və İran ilə münasibətləri yaxşılaşdıracaq. Düşünürəm ki, o və komandası bir neçə ay sonra Rusiya-Amerika münasibətlərinə nəzər yetirəcək”.

Facebook Comments