“Ziyalı adlanan ziyanlılar vəzifələrini fədakarcasına icra etdilər” -BƏYBALA ƏBİL

“Saxtakarlıq, yalan, qanunsuzluq üçün üzərlərinə götürdükləri vəzifələri fədakarcasına icra etdilər”.

Sozcu.az xəbər verir ki, bu sözləri aprel ayının 11-də keçirilən prezident seçkilərinə münasibət bildirərkən KXCP Ali Məclisinin sədri Bəybala Əbil deyib:

“Ziyalı adlanan on minlərlə ziyanlılar (müəllimlər, həkimlər, mühəndislər, iqtisadçılar, hüquqçular və s.) seçki komissiyalarının sədr və üzvləri, müşahidəçi, onbaşı, yüzbaşı və s… qismində “seçki oynunda” rollarını oynadılar. Saxtakarlıq, yalan, qanunsuzluq üçün üzərlərinə götürdükləri vəzifələri fədakarcasına icra etdilər.Həmin saxtakar fədakarlar artıq bu gün məktəblərdə uşaqlarımıza haqdan, ədalətdən, elmdən danışaq, xəstəxanalarda “müalicə” edəcək. ölkənin iqtisadiyyatınin “inkişafı” ilə məşğul olacaq, hüquq sistemini “qoruyacaq”…, toylardaa millət və millətin xoşbəxliyi şərəfinə sağlıq deyəcək. hüzrlərdə haqdan-nahaqdan, savabdan-günahdan, cənnətdən-cəhənnəmdən, mərdlikdən-namərdlikdən, hətta kişilikdən-nakişilikdən; Allahın böyüklüyün- şeytanın naxələfliyindən danışacaq …, evinə isə daha cəsarətli daxil olacaq (axı təkcə vəzifəsini qorumaqla kifayətlənməyib hətta biraz artıq qəpik-quruşda qazanıb … .

Camaatın əhəmiyyətli hissəsidə heç nə olmamış kimi belə dəyərsizlərin sərsəmləmələrinə heç nə olmamış kimi susaraq qulaq asacaq. Hətta ictimai nəqliyyatda işdən yorğun qayıdan yuxulu gənclər həmin saxtakar “ağsaqqal” ziyanlılara yerlərini təklif etməyəndə utanmadan “ağsaqqallıqdan”, “milli dəyərlərdən” nağıllar danışacaqlar”.