Zidan rəsmən “Real”da!

“Real”da baş məşqçi dəyişikliyi rəsmiləşib.

Sozcu.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Santyaqo Solari istefaya göndərilib və onu komandanın sabiq çalışdırıcısı Zinəddin Zidan əvəzləyib. Fransalı mütəxəssislə 2022-ci ilin iyununa kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Zidan bundan əvvəl 2016-cı ildən 2018-ci ilin iyununa kimi Madrid təmsilçisini çalışdırıb. O, bu komanda ilə üç dəfə Çempionlar Liqası, iki dəfə UEFA superkuboku və klublararası dünya çempionatı, bir dəfə La Liqa və İspaniya Superkubokunun qalibi olub.(Qol.az)