Zidan Poqbadan əlini üzdü

“Real” “Mançester Yunayted”in futbolçusu Pol Poqbanı transfer edə bilməyəcək.

Sozcu.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, Madrid klubunun baş məşqçisi Zinəddin Zidan komandada görməyi çox istədiyi fransalı yarımmüdafiəçininin transferinin gerçəkləşməyəcəyini artıq qəbul edib.

Bildirilir ki, İngiltərə təmsilçisi Poqba üçün 200 milyon avro tələb edir. “Real”ın isə oyunçuya bu məbləği verə bilməyəcəyi vurğulanıb.(Qol.az)