Zidan “Mançester Siti”nin futbolçusunu istəyir

“Mançester Siti”nin futbolçusu Rahim Sterlinq karyerasını “Real”da davam etdirə bilər.

Sozcu.az-ın “Daily Mirror”a istinadən yaydığı xəbərə görə, Madrid klubunun baş məşqçisi Zinəddin Zidan 24 yaşlı hücumçunu komandasında görmək istəyir.

Sterlinqin İngiltərə təmsilçisi ilə müqaviləsinin müddəti 2023-cü ilin iyununda başa çatır. Transfermarktdə oyunçunun qiyməti 120 milyon avro göstərilib.

Qeyd edək ki, ingilis futboçu bu mövsüm “Mançester Siti”də 39 matçda 19 qol vurub, 10 qolun ötürməsini verib.(Qol.az)