Zidan “Liverpul”luya “elçi düşdü”

“Liverpul”un futbolçusu Sadio Mane karyerasını İspaniyada davam etdirə bilər.

Sozcu.az xəbər verir ki, seneqallı hücumçuyla “Real” yaxından maraqlanır. Bu barədə “France Football” nəşri məlumat yayıb. Xəbərdə, “Real”ın baş məşqçisi Zinəddin Zidanın Manenin transfer edilməsini istədiyi bildirilib. Tərəflər arasında yay transfer pəncərəsi dövründə danışıqların başlayacağı gözlənilir.

Mane bu mövsüm İngiltərə Premyer Liqasında 29 qarşılaşamda iştirak edərək, 17 qol vurub və 2 məhsuldar ötürmə edib. 26 yaşlı futbolçunun “Liverpul”la 2023-cü ilə qədər müqaviləsi var.(Komanda.az)