Zelenski Rusiya ilə bağlı qərar verə bilər

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə danışıqlar prosesinin formatı barədə referendum keçirəcək.

Sozcu.az xəbər verir ki, bunu Ukrayna prezident administrasiyasının rəhbəri Andrey Boqdan deyib.

“Biz təkcə deputatlar və prezidentin deyil, həm də Ukrayna xalqının qərar qəbul etməsi üçün xalq referendumuna çıxarılmasını nəzərdən keçiririk”, – deyə o, “112 Ukraina” telekanalının efirində bildirib.

Məmurun sözlərinə görə, referenduma Rusiya ilə sülh danışıqlarının nailiyyətləri və Donbass münaqişəsi üzrə qərar barədə məsələ çıxarılacaq.
Zelenskinin komandası bunun üçün referendum barədə qərar qəbul etməyə ümid bəsləyir.