Zelenski Putinlə görüşə hazırlaşır

Ukrayna Prezidenti Vladimir Zelenskinin komandası Rusiya Prezidenti Vladimir Putinlə görüşə hazırlaşır.

Sozcu.az xəbər verir ki, bu sözləri Ali Radanın deputatı Mixail Poplavski deyib.

Poplavskinin sözlərinə görə, Zelenskinin komandası iki ölkə liderinin görüşünün hazırlığı ilə məşğuldur. Görüş zamanı Zelenski çox güman ki, Krım və Donbas məsələlərinə toxunacaq.

“Zelenski bilir ki, Luqansk və Donetskdə atəşkəs məsələsini Putinlə müzakirə etmək lazımdır. Bu məsələ birbaşa olaraq Vladimir Putinlə siyasi-hüquqi və diplomatik əsaslarla həll olunmalıdır. Hərbi yolla biz buna nail ola bilməyəcəyik”, – Poplavski bildirib.\Axar.az\

Facebook Comments