Zelenski Merkellə görüşə gedir

Ukrayna Prezidenti Vladimir Zelenski Berlinə səfər edəcək və burada kansler Angela Merkellə görüşəcək.

Sozcu.az xəbər verir ki, bu barədə UNİAN nəşri yazıb.

Səfər iyun ayını 18-nə planlaşdırılıb.

Zelenski kanslerdən əlavə Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerlə də görüşəcək.(Axar.az)