Zelenski ilk rəsmi səfərini bu ölkəyə edəcək

Ukrayna Prezident Vladimir Zelenski ilk xarici rəsmi səfərini Belçikaya edir.

Sozcu.az xəbər verir ki, V.Zelenski iyunun 4-də Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə ilk rəsmi görüşünü keçirəcək.

Görüş NATO-nun Baş Qərargahında baş tutacaq. Görüşdə NATO Ukrayna münasibətlərinin gələcək perspektivləri müzakirə olunacaq.

Zelenski səfər çərçivəsində, həmçinin Ukrayna-NATO komissiyasında görüş keçirəcək.

Facebook Comments