Zelenski bu kanalları bağladı, rusyönlülər hərəkətə keçdi

Ukraynanın Müxalifət Platforması – Həyat üçün Partiyası Prezident Vladimir Zelenskinin impiçment prosedurunu başladacaq.

Sozcu.az xəbər verir ki, bunu Ukrayna Radasının deputatı Vadim Rabinoviç deyib. Buna əsas səbəb kimi o, müxalifət televiziyalarına qarşı tətbiq edilən sanksiyaları göstərib.

Qeyd edək ki, adı çəkilən partiya rusiyayönlüdür. Bundan öncə Zelenski bu partiyanın rəhbəri Viktor Medvedçukun sağ qolu sayılan Taras Kozaka qarşı sanksiya tətbiq edilməsi barədə sərəncam imzalamışdı. Sərəncama əsasən, Kozakın nəzarətində olan “112”, “Nyusvan” və ZİK televiziyaları bağlanmışdı.

Facebook Comments